Azərbaycan Respublikasının Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi həyata keçirilib.
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq 2023-cü ilin 15 fevral tarixindən 18 mart tarixinədək Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi həyata keçirilib. Audit Nazirlik üzrə 2021-2022-ci illərdə ümumilikdə 27.032.883 manat vəsaiti əhatə edib ki, bundan saxlanma xərcləri üzrə 1.620.090 manat, subsidiyaların ödənişi üzrə 25.412.793 manat təşkil edib.
Audit Sübutlarına uyğun olaraq bir çox nöqsanlar aşkar edilib.
Audit zaman 2021-2022-ci illərdə subsidya verilməsi məqsədilə ayrılmış vəsaitin 57,2 fazinin əsassız xərclənməsi müəyyən olunub.
Qeyd olunub ki, bütün bunlar NMR-da subsidiya sisteminin düzgün qurulmadığına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsi səbəbindən həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına şərait yaradıb.
Aqrar sahədə subsidiya üzrə Azərbaycan Respublikası Prezidentinin Fərmanları düzgün tətbiq edilməyib. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il 759 nömrəli Fərmanını və Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək "Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin" NMR-da tətbiqi həyata keçirilməmiş, Nazirlikdə müvafiq işçi qrupu yaradılmamış, kütləvi informasiya vasitələrində məlumat dərc olunmamış, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmayıb, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.2-ci bəndinin ləğv edilməsinə baxmayaraq, həmin bənd NMR-da tətbiq edilmiş, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun 70 faizi əkin subsidiyası hesabına, 30 faizi isə torpaq mülkiyyətçisi tərəfindən ödənilməsi mexanizmi köhnə qaydada davam etdirilib.
Aparılmış yaz əkinlərinə görə kənd təsərrüfatı istehsalçılarına subsidiya verilmədiyi halda vəsait avans kimi köçürülmüş və ilin sonunda qalan vəsait büdcəyə qaytarılmayıb. Belə ki, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il 759 nömrəli Fərmanını və Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək "Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin" NMR-da tətbiqi həyata keçirilməmiş, Nazirlikdə müvafiq işçi qrupu yaradılmamış, kütləvi informasiya vasitələrində məlumat dərc olunmayıb, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmayıb.
“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.2-ci bəndinin ləğv edilməsinə baxmayaraq, həmin bənd NMR-da tətbiq edilib, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun 70 faizi əkin subsidiyası hesabına, 30 faizi isə torpaq mülkiyyətçisi tərəfindən ödənilməsi mexanizmi köhnə qaydada davam etdirilib.
Aparılmış yaz əkinlərinə görə kənd təsərrüfatı istehsalçılarına subsidiya verilmədiyi halda vəsait avans kimi köçürülmüş və ilin sonunda qalan vəsait büdcəyə qaytarılmayıb. Belə ki, 2021-ci ildə NMR-da 17294,63 hektar sahədə aparılmış yaz əkinləri üçün hesablanmış əkin subsidiyasından gübrənin alınması üçün nəzərdə tutulmuş məbləğin 70%-i gübrə istehsalçılarına verilməyib.
2021-ci ildə subsidiya üzrə vəsaitdən 2041200,0 manat vəsait NMR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kapital Bank" ASC-nin Naxçıvan filialında açdığı hesablaşma hesabında saxlanıb, növbəti ilin subsidyalarının verilməsində istifadə edilib.
Rayon komissiyaları və yerlərdə aparılan araşdırma zamanı bir sıra nöqsanların aşkar olunduğu müəyyən edilib. Belə ki, subsidiyanın hesablanması və ödənilməsində icarə müqavilələrinin bağlanmaması, müqavilələrdə tərəflərin imzalarının olmaması, icarə müqavilələrinin təsdiq edilməməsi və ya sonradan təsdiq edilməsi, əkin subsidiyasının verilməsinə əsas verən torpaq sahələrinin təsdiqedici sənədlərdə göstərilən hektarlarla uyğun olmaması, subsidiyanın verilməsi üçün digər təsdiqedici sənədlərin olmaması, adlarına subsidiya rəsmiləşdirilmiş vətəndaşlara subsidiyanın ödənilmədiyi və bu barədə vətəndaşların xəbərsiz olması halları müəyyən edilib.
Meyvə bağlarına subsidiyaların hesablanması zamanı ən yüksək əmsal tətbiq edilməklə bütün bağlar yeni və intensiv meyvə bağları kimi rəsmiləşdirilmiş, rayon komissiyaları tərəfindən təsdiq edilən adlı siyahılarda meyvə bağları növlərinə görə fərqləndirilməmiş, əkilməyən və ya mövcud olmayan əkin sahələrinə, meyvə bağlarına, üzüm bağlarına, tinglərə, toxumlara və dövlət dəstəyinin digər növlərinə (arı ailələri, süni mayalanma ilə doğulan buzovlar və s.) görə subsidiyanın verilməsi rəsmiləşdirilmişdir ki, bu da digər sahələrdə olduğu kimi dövlət vəsaitlərinin qeyri-qanuni istifadəsinə şərait yaradıb.
Texnikanın güzəştli şərtlərlə satışı zamanı nöqsanlara yol verilmişdir belə ki, “Aqrolizinq" ASC tərəfindən "Naxçıvan Aqrolizinq" ASC-yə əvəzsiz verilən traktor və kotanların satışı zamanı büdcə vəsaiti hesabına "Naxçıvan Aqrolizinq" ASC-yə əsassız olaraq 40 % güzəşt üzrə 58800,0 manat subsidiya köçürülmüş, texnikaların güzəştli şərtlərlə satışı zamanı alıcıların maliyyə vəziyyəti və digər istiqamətlərdə risklər araşdırılmayıb.
Un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin edilməyib. Belə ki, subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18474308,34 manat, 2022-ci ildə icra edilmiş 6938485,19 manat vəsait NMR-nın Kənd Təsərrüfatı Nazirliyinin maliyyə hesabatlarında əksini tapmayıb, NMR-nın Kənd Təsərrüfatı Nazirliyinin "Araz" Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatı tərəfindən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq pul vəsaitinin dövriyyəsi nağd qaydada həyata keçirilmiş, mühasibat uçotu aparılmamış, hesabat tərtib edilməyib.
Hesablama Palatasının Kollegiyası tərəfindən qəbul edilmiş qərarda NMR Kənd Təsərrüfatı Nazirliyində aparılan yoxlamanın nəticələri barədə məlumat müvafiq qurumlara göndərilməsi təmin edilib.