RƏSMİ

10 May

Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki,biz Qarabağı, Zəngəzuru yenidən quraq

Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq.

Fins.az verir ki, bu sözləri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib.

“1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir”, - deyən dövlətimizin başçısı əlavə edib ki, bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür.