RƏSMİ

01 May

Azərbaycan ilə Yaponiya arasında Bakıda imzalanmış Konvensiya təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

Fins.az bildirir ki, qanuna əsasən, "Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" 2022-ci il dekabrın 27-də Bakı şəhərində imzalanmış Konvensiya təsdiq edilib.