2023-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu üçün 500,0 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 110,0 milyon manat vəsait, cəmi 610,0 milyon manat vəsait nəzərdə tutulub.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirib.
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 21,8 milyon manat (4,8 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 17,0 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb. Həmin ayrılmış vəsaitin 10,9 milyon manatının maliyyələşməsi həyata keçirilib, maliyyələşməsi həyata keçirilmiş vəsaitin 6,3 milyon manatının müvafiq qurumlar tərəfindən icrası təmin edilib.
Fuad Mədətov
Fins.az