Hesablama Palatası Dövlət Gömrük Komitəsinin və tabeliyindəki gömrük orqanlarının yığım səlahiyyətində olan gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqinin dayandırılması ilə bağlı təklif verib.
Fins.az Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2023-cü il 1 yanvar tarixindən gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi dayandırılıb.