RƏSMİ

13 Aprel

Palata: Qurumların 11 mln. manat qalıq vəsaiti büdcəyə qaytarılıb

Qurumların bank hesablarında olan 11,8 milyon manat qalıq vəsaitin büdcəyə silinməsi ilə bağlı Hesablama Palatası tərəfindən təklif verilib.

Fins.az Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, hazırki dövrədək həmin vəsaitin 11 milyon manatının icrası (silinmə və kreditor borclarla əvəzləşdirilmə formasında) təmin edilmiş, digər hissəsi üzrə işlər davam etdirilir.