Hesablama Palatası icra edilməyən təkliflərdən bəziləri barədə məlumatı Nazirlər Kabinetinə təqdim edib.
Fins.az xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Həmin təkliflər aşağıdakılardır:
- Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin limitinin müəyyən edilməsi ilə bağlı müşahidə edilən uyğunsuzluqların aradan qaldırılması ilə bağlı;
- dövlət əsaslı vəsait qoyuluşundan sosial məqsədlər üçün fərdi evlərin tikintisinə xərc edilən dövlətin mənzil fondunun İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tələbinə uyğun mühasibat uçotunda və maliyyə hesabatlarında aktiv kimi tanınması.