RƏSMİ

12 Aprel

Audit yoxlamaları zamanı ən çox aşkarlanan NÖQSANLAR AÇIQLANIB

Büdcə qanunvericiliyinin pozulması və dövlət satınalmaları sahəsində nöqsanlar üstünlük təşkil edib.

Fins.az xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Qeyd edilib ki, auditor hesabatlarına əsasən büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə nöqsanlara daha çox rast gəlinib:

- Büdcə qanunvericiliyi üzrə 52,2%;

- Dövlət satınalmaları üzrə 26,5%;

- Əsaslı vəsait qoyuluşu üzrə 9,7%;

- Vergi və gömrük qanunvericiliyi üzrə 5,2%;

- Dövlət əmlakının istifadəsi üzrə 4,1%;

- Sosial müdafiə və sosial təminat üzrə 2,3%.