RƏSMİ

13 Fevral

Prezident: Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub

Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olub.

Fins.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açılıb.