RƏSMİ

08 Fevral

İcbari tibbi sığortada müştərək maliyyələşmə mexanizminin tətbiqi daha 1 il təxirə salınıb

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləği 2024-cü il yanvarın 1-dən ödəniləcək.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Tibbi sığorta haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Rəvanə Sərdarova

Fins.az