RƏSMİ

13 Yanvar

Naxçıvan MR Nazirlər Kabinetinin saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin elektron informasiya resursu yeni "nnk.gov.az" domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb.

Fins.Az-ın məlumatına görə, bu barədə APA Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “gov.az” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.