RƏSMİ

04 Noyabr

\"2023-cü ilin büdcəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”nın maliyyə təminatı ayrıca göstərilib\"

2023-cü ilin büdcəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”nın maliyyə təminatı ayrıca göstərilib.

"Fins.az" xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin komitə iclasında çıxışı zamanı deyib.

V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatası olaraq dövlət büdcəsinin layihəsinin və birlikdə təqdim edilən sənədlərin Strategiyaya uyğunluğunu qiymətləndirməyə çalışıb. Bəzi faktorlar büdcə layihəsinin Strategiyaya uyğunluğunun qiymətləndirilməsinə təsir etmişdir.

Bununla belə, təqdim edilmiş məlumatların analitik prosedurlarla araşdırılması Strategiyanın tədbirlərinin proqnozlarda nəzərə alınması ilə bağlı 2 əsas nəticəyə gəlməyə imkan verir:

1. Strategiyanın tədbirlərinin bir hissəsində əks etdirilən məsələlər makrofiskal göstəricilərin proqnozlarında tam və ya qismən nəzərə alınmışdır.

2. “Büdcə zərfi”ndə izahedici məlumatların az olması fonunda Strategiyanın tədbirlərinin bir hissəsində əks etdirilən məsələlər fiskal göstəricilərin proqnozlarında önə çıxmamış, tədbirlərin proqnozlarda nəzərə alınıb-alınmaması ilə bağlı konkret qənaətə gəlmək mümkün olmasa da, dövlət büdcəsinin aidiyyəti xərc istiqamətlərində artım nəzərdə tutulmuşdur.