RƏSMİ

07 İyun

Gənclər Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edildi - Sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

“Fins.az” xəbər verir ki, Sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri (Yusuf Məmmədəliyev-red.)

Müşahidə Şurasının üzvləri

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

“Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqının sədri

Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü

“Azərbaycanlı Tələbələr və Məzunlar Platforması”nın İdarə Heyətinin üzvü.