“Azərbaycanda Büdcə Məcəlləsi ilə bağlı iş gedir. Hesablama Palatasından da təkliflərini verməyi xahiş etmişik”.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
"İlk növbədə mərkəzi icra hakimiyyəti orqanlarının rəyi alınacaq, daha sonra sizinlə müzakirələrə gələcəyik”, - deyə nazir qeyd edib.