Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 3180,0 milyon manat məbləğində transfertə qarşı 2757,0 milyon manat məbləğində transfert daxil olub.
"Fins.az"xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin tərəfindən yayımlanan 2022-ci ilin I rübündə Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumatda qeyd olunub.
Məlumata görə,hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 423,0 milyon manat və ya 13,3 faiz az istifadə olunmasına imkan verim.
Müəllif: Aynur Qəniyeva