RƏSMİ

13 Aprel

I rübdə icmal büdcədə 1,65 mlrd. manatlıq profisit yaranıb

2022-ci ilin I rübündə icmal büdcənin gəlirləri 7 960,3 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 991,5 mln. manat və ya 14,2% çoxdur.

"Fins.az" Maliyyə Nazirliyinin yayımladığı icmal büdcənin xərcləri 6 309,1 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 387,8 mln. manat və ya 6,5% çoxdur.

Nəticədə, icmal büdcədə 1 651,2 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.