RƏSMİ

13 Aprel

Birinci rübdə dövlət büdcəsinin xərcləri 99% icra edilib

2022-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5688,3 milyon manat proqnoza qarşı 5629,5 milyon manat və ya 99,0 %  icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 105,8 milyon manat və ya 1,9 % çoxdur.

"Fins.az"xəbər verir ki, bu barədə 2022-ci ilin I rübündə Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumatda qeyd olunub. 

Məlumata görə, 2022-ci ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 4186,5 milyon manatı və ya 74,4%-i cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 166,1 milyon manat və ya 4,1% çox), 1094,2 milyon manatı və ya 19,4 faizi əsaslı xərclərə, 348,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 48,7 milyon manat və ya 12,3% az) yönəldilmişdir.