RƏSMİ

02 İyul

İlham Əliyev dörd nəfərə general-mayor rütbəsi verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilir:

polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə

polis polkovniki İslam Möhsüm oğlu Hümbətova

polis polkovniki Əkbər Məcid oğlu İsmayılova

polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.