İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərar imzalayıb.
Qeyd edək ki, iyulun 20-si və 21-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.
Beləliklə, 4 gün 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul ardıcıl qeyri iş günləri olacaq.