RƏSMİ

16 İyun

Azərxalça ASC – də növbəti təyinat

“Azərxalça” ASC –nin  yeni təyinatı  mədəniyyət və incəsənət aləminin tanınmış simalarından biri Nailə Rəhimovadır.  Bundan sonra “Əməkdar  Mədəniyyət işçisi” “Azərxalça” ASC-də baş mühafiz vəzifəsini icra edəcək.

 Nailə Rəhimova  1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakultəsini bitirib. 1977-ci  ildə Nəriman Nərimanovun xatirə muzeyində elmi işçi vəzifəsi ilə əmək fəaliyyətinə başlamış, 1981 –ci  ildən həmin muzeydə baş mühafiz vəzifəsində çalışıb.

1994-2020  illərdə Azərbaycan Milli İncəsənət muzeyində baş mühafiz vəzifəsini icra edib. Burada çalışdığı illərdə müxtəlif dünya əhəmiyyətli muzeylərdə araşdırmalar aparıb  (Tretyakov qalereyası, Ermitaj, Şərq xalqaları muzeyi, Rus muzeyi və s.), bir neçə muzey albomunun və tədris vəsaitinin müəllifidir.

2003 ildən Beynəlxalq muzey komitəsi Azərbaycan bölməsinin və eyni zamanda CAMOC-un (şəhərlərin tarixi muzeyi) üzvü kimi komitəsinin xətti ilə Avstriya (Vyana), Koreya (Seul), Türkiyə (Stambul), Rusiya (Moskva, Sankt-Peterburq)  Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəçisi olub.

İKOM-un yerli komitəsində “Reqionlar arası əlaqələr” sektoruna rəhbərlik edərək  rayon və Bakı muzeylərinə metodiki və praktiki köməklik göstərib.

Həmçin 15 il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “sənətşünaslıq”  fakultəsində  “muzey və arxiv işlərinin əsası”  fənnindən, müxtəlif  illərdə ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyi nəzdində mədəniyyət işçilərinin təkminləşdirmə kursunda dərs deyib.

2011 – ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən Fəxri Fərman ilə təltif olunub.

20 may 2013 -cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

Fəaliyyəti  dövründə Nailə Rəhimova bir çox beynəlxalq   konfrans  və sərgilərin təşkilində yaxından iştirak edib.