RƏSMİ

09 İyun

Hesablama Palatası: ARDNF cari hesablarda daha çox vəsait saxlayıb

2020-ci ildə Dövlət Neft Fondunun (ARDNF) gəlir və xərc hesabatları üzrə büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi cari hesablarda daha böyük vəsaitin saxlanılmasına səbəb olub.

Bu barədə Hesablama Palatasının ARDNF-in 2020-ci il üzrə büdcəsinin icrasına verdiyi rəydə bildirilir.

Palata həmçinin bəyan edib ki, hesabat ilində ABŞ dolları ilə cari hesablardakı vəsaitlər 2020-ci il İnvestisiya siyasətində valyuta bölgüsü hədlərinə edilmiş dəyişiklik əsasında avroda emissiya edilmiş istiqrazlarının satılması və ABŞ dollarındakı istiqrazların bitməsi ilə əsas məbləğlərin geri qaytarılması nəticəsində formalaşıb.

© Report