“Bəzi emosianal çıxışlara baxmayaraq deputatların təkliflərinə baxılır və cavablar verilir. Cavabların verilməməsi ondan ibarətdir ki, konkret qərar qəbul edilməyib”.
Fins.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ötən ilin büdcəsi böhran ilinin büdcəsi idi:
“Bizim iqtisadiyyatımız geriləmişdi. Hökumətin gördüyü tədbirlər hesabına bu tənəzzül daha geniş olmamışdı”.