RƏSMİ

08 İyun

Maliyyə naziri: "Yeni təkliflər əlavə vəsaitlərin ayrılması ilə bağlıdır"

“Deputatların şərh və təkliflərinə Maliyyə Nazirliyi və digər qurumlar tərəfindən baxılır. Bununla bağlı deputatlara məlumatlar da verilir. Hazırda bu proses bu gün də davam etməkdədir”.

Bunu maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin üçüncü oxunuşda Milli Məclisdə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, yeni təkliflər əlavə vəsaitlərin ayrılması ilə bağlıdır.