RƏSMİ

08 İyun

Kollec tələbələrinin hüquq və vəzifələri artırılıb

“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişiklik edilib.

Fins.az-ın məlumatına görə, qərara əsasən, tələbələrin hüquq və vəzifələri artırılıb.

Qərara əsasən, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.

Həmçinin təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.

Qeyd edək ki, bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.