RƏSMİ

06 May

Xalidə Bayramova işdən çıxarıldı

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova işdən çıxarılıb.

Bu barədə İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.

O bildirib ki, X. Bayramova icra başçısı Vüqar Zeynalovun əmri ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Xalidə Bayramova 2007-ci ildən etibarən Səbail Rayon İcra Hakimiyyətində birinci müavin vəzifəsini icra edirdi.