Azərbaycanda təyyarə parkı genişləndiriləcək.
Bu sözləri Prezident İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edən zaman deyib.
Görüş zamanı dövlətimizin başçısı Azərbaycanın “Boeing” şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib, bu əməkdaşlığın hava yollarımızın inkişafında rolundan danışıb.
İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni hava limanlarının inşa olunduğunu vurğulayıb.