RƏSMİ

12 Fevral

İqtisadi Şuranın fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri məlum olub.

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”yə əsasən, Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

- ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq;

- makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq;

- iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək;

- iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək.