Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi polis polkovniki Vahid Nuriyev təqaüdə göndərilib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, V.Nuriyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat yoxdur.
V.Nuriyev "MMX-nın rəisi" kimi tanınıb.
Bu yaxınlarda onun 55 yaşı tamam olub. V.Nuriyev BDYPİ-nin Mərkəzi İnformasiya Sistemini (MMX-radar sistemi) quran, bir sıra qanunvericilik aktlarının yenilənməsinin ideya müəllifi və təşkilatçısıdır.
© Report