2021-ci ilin dövlət büdcəsindən koronavirus (COVID-19) pandemiyasının dünyada yayılması ilə bağlı 2020-ci ildə təxirə salınmış və 2021-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilməsi gözlənilən XXXII Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı ayrılan vəsait məlum olub.
Bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
2020-ci ildə təxirə salınmış və 2021-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilməsi gözlənilən XXXII Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı növbəti ilin dövlət büdcəsində 8,7 milyon manat, XVI yay Paraolimpiya Oyunlarında iştirak xərcləri üçün 0,5 milyon manat vəsait nəzərdə tutulub.