Bakı, 07 dekabr Fins.az
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərində iştirak etmək üzrə dost dövlətlərin şirkətləri artıq dəvət edilib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
İşğal edilmiş ərazilərimiz uğrunda aparılan hərbi əməliyyatlar və onların nəticələrindən danışan dövlət başçısı bildirib ki, indi Azərbaycanda bərpa dövrü başlayıb, genişmiqyaslı quruculuq işləri aparılacaq:
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və ötən il ölkə ilə ticarət dövriyyəmizin həcmi 6 milyard dollara çatıb:
“Bunun böyük hissəsi enerji resursları aiddir. Hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da iki ölkə arasında xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək. Bu şübhəsiz ki, İtaliyə ilə Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”.