Bakı, 19 noyabr Fins.az
Prezidentin sabiq köməkçisi Əli Həsənov Dövlət İdarəçilik Akademiyasının (DİA) Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, AMEA-nın prezidenti Ramiz Mehdiyev Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifələrindən çıxarılıb.
DİA-nın mətbuat katibi Yusif Ağayev bildirib ki, akdemiyada kafedra müdiri seçkiləri müsabiqə əsasında aparılır: "Müsabiqə elan olunur və 1 aydan çox vaxt verilir. O müddət ərzində həmin şəxslər müsabiqəyə sənəd vermədikləri üçün onların seçilməsi baş tutmayıb. Yeni şəxslər müsabiqəyə sənəd verib və seçiliblər".
Y. Ağayev bildirib ki, bir çox kafedralarda da dəyişiklik olub.
Qeyd edək ki, Əli Həsənovun indiyədək tutduğu vəzifəyə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev, R. Mehdiyevin indiyədək tutduğu vəzifəyə isə DİA-nın Bələdiyyə, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmış Rəcəb Rəhimli seçilib.