RƏSMİ

17 Noyabr

Prezident bu qanunda dəyişikliyi təsdiqlədi

Bakı, 17 noyabr Fins.az

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiq edib.

Fins.az xəbər verir ki, qanunla birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün xidmətin başlanğıcı əmrin imzalandığı gün sayılacaq.

 

Belə ki, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.