Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 207,1 milyon manat, xərcləri isə 20 722,1 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% və 12,3% çoxdur.
Son nəticədə büdcədə 515 milyon manat kəsir yaranıb.
Xatırladaq ki, yanvar-sentyabr aylarının yekunununda büdcə kəsri 677,6 milyon manat olub.