RƏSMİ

16 Noyabr

Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə parlamentinə təqdim edilib

Bakı, 16 noyabr Fins.az 

Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

Fins.az-ın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən sənəd Türkiyə Prezident Administrasiyası tərəfindən parlamentə təqdim olunub.