RƏSMİ

16 Noyabr

İcra başçısı 3 ay əvvəl təyin etdiyi müavinini işdən çıxartdı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müavinini vəzifədən azad edib. 

Fins az xəbər verir ki, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  Kənan İbrahimov vəzifəsindən azad olunub. Həmin vəzifəyə hələlik təyinat olmayıb.

 

Qeyd edək ki, Kənan İbrahimov müavin vəzifəsinə bu ilin  avqust ayında təyin edilmişdi