RƏSMİ

13 Noyabr

Nazirlər Kabinetinin SƏLAHİYYƏTLƏRİ ARTIRILIB

Bakı, 13 noyabr Fins.az 

Nazirlər Kabinetinin səlahiyyətləri artırılıb.

Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” fərmana etdiyi müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlətin müdafiəsi və təhlükəsizliyi sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədi ilə ölçmələrin vəhdətinin təmin edilməsinin xüsusiyyətlərini Nazirlər Kabineti müəyyən edəcək.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqinə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada yol veriləcək.

Kəmiyyət vahidlərinin adları, işarələri və yazılış qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinə görə Nazirlər Kabineti tərəfindən müəyyən edilən məbləğdə xidmət haqqı alınacaq.

Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. 

Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın forması və qüvvədə olma müddəti Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Tipi təsdiq edilmiş standart nümunələrin və ya ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydası Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. 

Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin siyahısını Nazirlər Kabineti təsdiq edəcək.

Ölçmə vasitələrinin yoxlanılması qaydası, yoxlama nişanına dair tələblər və yoxlama haqqında şəhadətnamənin forması Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Tələbnamə və iradnamənin verilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Ölçmə vasitələrinin yararsızlıq nişanının forması və onun ölçmə vasitələrinə vurulma qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq.

Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanını vurmaq hüququnun verilməsi qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair tələblər Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.