RƏSMİ

12 Noyabr

Daxili İşlər nazirindən daha bir TƏYİNAT

Daxili İşlər orqanlarında dəyişiklik olub.

Fins.az xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polkovnik-leytenant Elmir İsgəndərov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, DİN-in Baş mühafizə İdarəsinin Xidmətin Təşkili İdarəsinə rəis təyin edilib.