AİH-in maliyyələşəcəyi mənbələr məlum olub
Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin hansı mənbələrdən maliyyələşdiriləcəyi açıqlanıb.
Fins.az xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdiriləcək:
- ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına;
- idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına;
- qanunla qadağan olunmayan digər mənbələrdən.