RƏSMİ

06 Noyabr

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb

Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına dəyişiklik edilb. Fins.az-ın məlumatına görə, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb. Əvvəllər bu müddət 2020-ci ilin oktyabrın 1-dək müəyyən edilmişdi.