“ASAN xidmət”in Bakının Bakıxanov qəsəbəsində yerləşən 4 saylı mərkəzi avqustun 8-9-da işləməyəcək. Xidmətdən fins.az-a verilən məlumata görə, işdə fasilə görülən profilaktik tədbirlər ilə əlaqədardır. Bu dövrdə vətəndaşlar mərkəzdən hazır sənədləri götürə biləcəklər. Sənədlərin qəbulu ilə bağlı isə Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edərək xidmətlərdən yararlanmaq mümkündür. «Bundan başqa, xidmətlərlə bağlı digər mərkəzlərimiz də fəaliyyətini davam etdirir»-deyə xidmətdən bildirilib. Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.