01 Noyabr

Şəhərin mərkəzində ucuz ofis - YENİ BİZNES

Şəhərin mərkəzində icarəyə götürmək üçün ucuz qiymətə hər şəraiti olan ofisi necə tapmaq olar? Əgər siz təksinizsə, bu çətin olmayacaq. Son 10 ildə dünyanın ofis icarəsi sahəsində əsl inqilaba səbəb olan kovorkinq biznesi sayəsində istənilən şəxs üçün əla ofis icarəsi mümkündür.

Kommunal ofis

Coworking - ingiliscə «birgə iş» deməkdir. Daşınmaz əmlak bazarı üçün çox yeni sayılan bu anlayışın müəllifi gənc amerikalı proqramçı Bred Nyuberqdir. İşləmək üçün icarəsi ucuz yer axtaran Bred çıxış yolunu birgə icarədə görür. 2005-ci ildə o ofis binasında icarəyə götürdüyü ofisi özü kimi başqalarına, amma hissə-hissə icarəyə verdi. Qısa müddət ərzində ofis icarəsinin bu növü bütün dünyada məşhurlaşmağa başladı.

Belə iş forması koovorkinq adlandı və sonrakı 5 ildə bütün dünyada geniş yayıldı. O vaxtdan indiyədən dünyada yüzlərlə kovorkinq mərkəzləri yaranıb. Bu sahədə lider ABŞ-dır - ən çox koovorkinq mərkəzlər burda yaradılıb. Amma müşahidələr göstərir ki, lazım olsa, noutbuku dünyanın istənilən iri şəhərində açıb işləmək üçün yer tapmaq mümkündür.

Birgə inkişaf

Beləliklə, kovorkinq mərkəzlərində ayrıca ofisləri yox, lazımi şərait yaradılmış xüsusi iş yerini icarəyə götürmək olar. İlk baxışdan kovorkinq ofislərini adi şirkətlərin ofislərindən heç nə ilə ayırmaq mümkün deyil - səliqəli ofis, stol-stullar, kompüterlər, ofis texnikası, telefonlar, sakit iş şəraiti və s. Amma adi ofislərdən fərqli olaraq burdakılar bir şirkət üçün yox, hərə özü üçün işləyir.

Kovorrkinqin müştəriləri əsasən frilanserlər (azad rejimdə işləyən peşə sahibləri) – IT mütəxəssislər, dizaynerlər, hüquqşünaslar, konsaltinqlə məşğul olanlar və hələ ayrıca ofis tutmağa gücü çatmayan yeni işə başlamış sahibkarlardır. Belə ofislər təkcə frilanserlərə yox, eləcə də əməkdaşları bütün ölkəyə və ya şəhərə səpələnmiş şirkətlərə də sərfəlidir.

Yuxarıda deyildiyi kimi, kovorkinqlərə tələbat o yaranandan dərhal sonra başladı. Yeri gəlmişkən, bu prosesə informasiya texnologiyalarının sürətli inkişafı, internetin, kompüterin həyatımıza daha sıx daxıl oliması da təkan verdi. Nəticədə indi istənilən yerdi oturub informasiyanı ötürmək üçün imkanlar hər yerdə var. Bu mənada kovorkinq ideyası müştəri problemi ilə üzləşmədi.

MDB-də kovorkinq

MDB-də kovorkinq anlayışı barədə 2008-ci ildə «Nyu-York Tayms»dakı məqalədən sonra xəbər tutdular. Bu məqalə internet məkanda bomba kimi partladı. İdeyanın sadə və effektli olması özünü göstərdi - cəmi iki ay ərzində Rusiya və Ukraynada onlarla kovorkinq mərkəzi açıldı.

Kovorkinqi kommunal iş, icarə, frilanserlərin birliyi, biznes inkubator və s. – ən müxtəlif cür adlandırırlar. Bir şey məlumdur ki, bu yeni texnologiyaların meydana gəlməsi nəticəsində yaranmış müasir biznes şəraitdir. Sadə desək, kovorkinq müxtəlif – bir-birindən asılı olmayan insanlar, xüsusilə də frilanserlər tərəfindən birgə icarəyə götürülən ofisdir.

Birgə iş şəraiti – səssiz qələbəlik

Kovorkinqin iş üçün mənfi və müsbət cəhətləri barədə mübahisə hələ qurtarmayıb – bəziləri burdakı iş mühətinin adamı işə həvəsləndirdiyini, iş məhsuldarlığını artırdığını bildirir. Məsələ bundadır ki, otaqda tək olmadığına görə, koovorkinq mərkəzlərində işləyənlər özlərini adi ofis işçiləri kimi sərbəst apara bilməz – telefonla uzun-uzadı danışa, musiqiyə qulaq asa bilməzlər – başqalarına mane ola bilçərsən. Ona görə də bütün diqqət işə yönələcək. Mənfi cəhət də adamların çox olması və məhdudiyyətlərlə bağlıdır. Bəziləri nə işlə məşğul olduqlarını başqalarına göstərmək istəmir, və ya sadəcə adam çox olan otaqda fikrini taplaya bilmir və s. Üstəlik nəzərə almaq lazımldır ki, burda işləyərkən, əəsələn kompüterin ekranı hamı üçün açıq olacaq.

Əvəzində burda işləyənlər üçün lazımi məişət şəraiti yaradılır – müasir kovorkinq mərkəzlərində çay, kofe və yemək hazırlamaq üçün mətbəx, ofis texnikası, danışıq aparmaq və ya qonaq otaqları var. Hərçənd bunlara görə bəzən əlavə pul ödəmək lazım gəlir. Kovorkinqin əsas üstünlükləri burdakaı əlavə xidmətlər, eləcə də şəhərin mərkəzinə yaxınlıq olur.

Kovorkinqin ideyasına görə işçiyə təkcə yer yox, həm də lazımi şərait təqdim etmək lazımdır. Bura stol-stul, telefon xətti, sürətli internet (Wi-Fi də ola bilər), ofis arakəsmələri (bəzən), katibə-inzibatçı (zənglərə cavab verir və qeydlər götürür), təqdimat mərasimləri üçün zaldan və ya danışıqlar üçün danışıq otaqlarından, eləcə də qonaq otağından istifadə etmək imkanları aiddir.

Yaratdığı imkanlara görə, kovorkinq kənd yerlərində fermerlərin bir-biri ilə əməkdaşlının ofis variantına oxşayır. Fermerlər əməkdaşlıq etməklə bəzi xərcləri zəruri xərcləri dəfələrlə azalda bilirlər. Kovorkinq ofislərində isə bu işi ofisin sahibi və onu icarəyə verən görür. Məsələn burda 8-10 nəfərə bir printer, faks aparatı, skaner və s. düşür. Ayrılıqda hər bir icarəsinin özünə belə şərait yaratması bəlkə də çətin olardı, burda isə həmin imkanlar artıq var.

İş yeri neçəyədir?

Yaradılan iş şəraitinin imkanlarından nə qədər çox danışılsa da, hamıya məlumdur ki, kovorkinqin əsas üstünlüyü icarə haqqının azlığı ilə bağlıdır.

İndi dünyada 400-dən artıq kovorkinq ofisi var. Bu ofislərdə icarə haqqı MDB-də 150-350 dollar, ABŞ-da 550 dollaradək arta bilər. ABŞ-da belə ofisə istənilən şəxs daxil olub bir dəfə pulsuz işləyə bilər. Rusiya bidəfəlik bilet 300-500 rubldur (10-15 dollar).

Ümumiyyətlə isə kovorkinqdə xidmətlərin çeşidi və səviyyələrindən asılı olaraq qiymətlər fərqlənir. Məsələn, daimi stol-stulu, açarlı şkafı, eləcə də konfrans zaldan və danışıqlar otağından istifadə etmik imkanı ən bahalı variant variantdır. Burda arakəsmələr, hətta kiçik – 4 m2-lik kabinetlər də ola bilər.

Başqa bir varianta görə, nisbətən az pul ödəməklə istənilən boş stolda oturmaq olar. Bu «dinamik stol» variantı adlanır. Başqa sözlə, qiymət azaldıqca, xidmətlər də azalır və ya onların səviyyəsi aşağı düşür.

Məsələn, Ukraynada, Kiyevdə bir iş yerinin aylıq icarəsi 2000 qriven, və ya 200 manat təşkil edir. Ukraynanın əyalətlərində isə bu rəqəm 50-150 manat arasında ola bilər. Rusiyada da qiymətlər təqribən bu həddədir 2500-6000 rubl – yəni 100-220 dollar. Bəzi yerlərdə qiyməğlər 5-7 min rubldur (200-300 dollar) . Belə qiymətə stol-stul və interneti olan iş yeri əldə etmək olar.

Ofislərdə işçilərinin ödədiyi pul onun istifadə etdiyi avadanlıqların və ya rahatlıqların sayından asılıdır. ABŞ-da kovork ofislərinin çoxu istənilən şəxsə bir qədər pulsuz işləməyə icazə verirlər. Amma adam daimi müştəriyə çevriləndə icarə haqqı istəyirlər. Ofisə bütün sutka ərzində daxil olmaq imkanı və ayrıca stolu olmağa görə icarə həqqı ayda 350 dollar təşkil edir. Bunlarsız qiymətlər 250 dollaradək düşə bilər.

Mərkəzlərin əksəriyyətində minimum icarə müddəti 1 aydır amma bəzi yerlərdə ofisi bir neçə günlüyə, hətta bir neçə saatlığa da icarəyə götürmək olar.

Kovorkinq biznesi

Bəziləri kovrorkinqi sərfəli biznes saymasalar da, digərləri bununla razılaşmırlar. Belə ki, belə ofislərdə, hər iş yerinə orta hesabla 4-6 kvm. yer tələb olunur. Bu hesabla məsələn, Kiyevdə 60 kvadratmetrlik ofisin aylıq icarə haqqı 4500 qrivendirsə, (kommunal haqlardan başqa, 450 manat) burdakı 10 iş yerinin icarəsindən 20 min qriven (hər yerdən 2000 qriven və ya 200 manat) pul qazanmaq mümkündür. Bir şərtlə ki, yerlərin hamısı dolu olsun. Ümumiyyətlə, ekspertlərin fikrincə, koovorkinqi əsl gəlirli biznesə çevirmək üçün ofis sahəsi sahibkarrın özünə məxsus olmalıdır.

Coworking.pbwiki.com kovorkinq cəmiyyətinin məlumatına görə, 25-30 iş yeri olan kovorkinqin açılması üçün maksimum investisiya 30 min dollardır. Onun saxlanmasına ayda 5 min dollar sərf olunur. Belə ofis tam gücü ilə işləyəndə ayda 8 min dollar gəlir verə bilər. Əlavə qazanc üçün burda içkilərin satışı üçün avtomatlar qoymaq, əlavə xidmətlər təşkil etmək və s. mümkündür. Kovorkinqlərin mənfi cəhəti müştərilərin – icarədarların tez-tez dəyişməsi, təmir xərcləridir.

Azərbaycanda kovorkinq imkanları

Azərbaycanda hələlik kovorkinq yayılmayıb. Amma ekspertlərin fikrincə, ölkəmizdə də kovorkinq biznesini sərfəli işə çevirmək mümkündür. Belə ki, məsələn, şəhərin ofislərə ən çox ehtiyac duyulan hissələrindən birində – «Elmlər Akademiyası» metrosunun ətrafında sahəsi 16-20 m2 olan ən kiçik ofisin aylıq icarəsi 500 manat ətrafındadır. Amma burda kovorkinq üsulu ilə yuxarıda sadalanan imkanları yaratmaqla asanlıqla 4 nəfər icarəsi yerləşdirmək mümkündür. Belələri birgə ofisə ayda 150 manat verməyə çətinlik çəkməyəcəklər. Mütəxəssislərin fikrincə, Azərbaycanda kovorkinqə maraq göstərən peşə sahibləri az deyil – bunlar elə xaricdəki kimi, əsasən İT sahəsində çalışanlar olacaq. Amma qiymət baxımından məhdudiyyətlər qoymaq lazım gələcək: «iş yeri üçün icarə haqqı 100-150 manat arasında olmalıdır ondan yuxarı sərfəli olmayacaq».

Mənbə: “Daşınmaz Əmlak” jurnalı