01 Noyabr

Azərbaycanda ucuzlaşma davam edir.

İyul ayında Azərbaycanda ucuzlaşma davam edib. Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən ay ölkədə istehlak mallarının və xidmətlərin qiyməti 0,7% azalıb. İyulda ərzaq malları 1,7% ucuzlaşıb, qeyri-ərzaq malları və xidmətlərin qiyməti isə dəyişməyib.

Ay ərzində mal ətinin, balıq məhsullarının, kərə yağının, portağalın, naringinin, bananın, almanın, armudun, albalının, gilasın, alçanın, gavalının, əriyin, şaftalının, qozun, fındığın, üzümün, qarpızın, yemişin, göyərtinin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, kökün, kartofun, kələmin, xiyarın, pomidorun qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, toyuq ətinin, makaronun, yulaf və arpa yarmasının, yumurtanın, şabalıdın, limonun, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunub.