Azərbaycanda işçilərin isti havada işlədən şirkələrin cərimələnməsinə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fins.az-a verilən məlumata görə, artıq iki tikinti şirkəti barədə fəhlələrini açıq havada işlətdiyinə görə cərimə protokolu yazılıb və bu proses davam edəcək.
Proses 41 dərəcədə başlanır
Havaların həddən artıq isti keçməsi dövlət nəzarət qurumlarını bu sahəyə nəzarəti gücləndirməyə vadar edib. Bunun üçün hüquqi əsaslar kifayət qədərdir. Belə ki, Əmək məcəlləsinin 233-cü maddəsinə əsasən havanın temperaturu 41 dərəcəni kesdikdə qapalı və sərinləndirici sistemləri olmayan yerlərdə iş dayandırılmalıdır. Buna əməl etməyənlər İnzibari Xətalar Məcəlləsinə uyğun olaraq 700-1500 manat arasında cərimələnir.
Avtouslar da işi dayandıra bilər
Dövlət Əmək Müfəttişliyinin əməyin qorunması dövlət nəzarətinin planlaşdırılması analitik təlim və operativ nəzarət sektorunun müdiri Emil Allahverdiyev fins.az-a bildirib ki, adətən belə vəziyyət yol,tikinti və kənd təsərrüfatında çalışanlarla bağlı olur. Bəzi sahələrdə işin dayandırılması isə ictimai əhəmiyyət daşıyır. Məsələn, 41 dərəcə temperaturda, sərinləndirici qurğusu yoxdursa, marşrut avtobusunun sürücüləri də işi dayandırmalıdır.
Maaşın 2/3 hissəsi ödənməlidir
Ümumiyyətlə istəenilən qapalı və sərindirici qurğuları olmayan bütün iş yerlərinə aiddir. Belə havalarda iş qrafiki şirkətin sahibi ilə həmkarlar arasında müzakirə edilərək razılaşdırılır. Əgər şirkətdə həmkarlar təşkilatı yoxdursa, şirkətin rəhbəri bunu əmək kollektivi ilə müzakirə etməlidir. Amma isti havaya görə işin dayandırılması işçinin maaşsız qalması deyil. Temperaturun yüksək olduğu vaxtlarda işçilər fəaliyyətini dayandırsa da, əmək haqqının minimum 2/3 hissəsi ödənilməlidir. Belə hallarla rastlaşanlar iş günləri ərzində 142 saylı telefonla çağrı mərkəzinə müraciət edə bilərlər.