Yanvar-iyul aylarında ölkədə əhalinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 23,6 milyard manata çatıb. Bunun hər nəfərə düşən həcmi isə orta hesabla 2484,1 manat və ya ayda 354,9 manat təşkil edib.
Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olub.
Ötən dövr ərzində gəlirlərin 74,1 faizi son istehlak xərclərinin, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 14 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 21,4 milyard manat təşkil edərək keçən ilin eyni dövrünə nisbətən 6,5 faiz artıb.