İyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən 178492 dəfə istifadə olunub ki, bu da əvvəlki iyun ayı ilə müqayisədə 13,1 faiz çoxdur. Nazirlikdən fins.az-a verilən məlumata görə, ötən ay “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən 109737 dəfə istifadə edilib. “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 47 835 nəfər istifadə edib. 18 547 nəfər isə “İş yerinə dair arayış” e-xidmətindən istifadə edib. Bu üç xidmət əhalinin ən çox istifadə etdiyi xidmətlər arasındadır.