Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin birinci yarısında həyata keçirdiyi dövlət nəzarəti zamanı ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda ümumilikdə 8076 əmək qanunvericiliyinin pozulması faktı aşkar edib. Bu barədə Fins.az-a Nazirlikdən bildirilib.
Hüquq pozuntuları daha çox ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında və əsasən özəl sektora aid müəssisələrdə baş verib. Sahibkarlar İnzibati Xətalar Məcəlləsinə 1,95 milyon manata yaxın cərimə edilib. Həmin cərimələrin təxminən 54%-i və ya 1,05 milyon manata yaxın hissəsi ödənilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13% çoxdur.