01 Noyabr

İşçilərinizin ofisdə etdiklərindən xəbəriniz var?

Rusiyanın “Staxanovets” (Staxanovçu) soğru şirkəti ofis işçilərinin fəaliyyəti ilə bağlı maraqlı araşdırma aparıb. Fins.az Rusiya mətbuatına istinadən həmin araşdırmanın nəticələrini təqdim edir.

• Ofis əməkdaşları iş vaxtının yalnız 38%-ni bilavasitə işə sərf edir
• menecerlərin 20%-ı şirkətin resurslarından öz biznesinin inkişafı üçün istifadə edir
• işçilərin 23% işləmir, çünki onlar üçün iş atmosferi darıxdırıcıdır
• 50% əməkdaş uğurlarının və xidmətlərinin başqaları tərəfindən mənimsənilməsi ilə üzləşib
• 70% səlahiyyətli əməkdaş informasiyanı rəqib şirkətə satmağa hazırdır
• 80% şirkət əməkdaşı iş yerində alkoqollu içki içir
• işçilərin 90%-i iş yerindəki printerdən şəxsi məqsədləri üçün istifadə edir