İsveçin “Epicenter” şirkəti öz əməkdaşlarının bədəninə çiplər quraşdırıb. Dəri altına yerləşdirilən düyü dənəsi boyda olan çiplər plastik şəxsiyyət vəsiqələrini əvəzləyəcək. Bu çip vasitəsilə şirkətin əməkdaşları giriş qapılarını açacaq və ofis avadanlıqlarını işə sala biləcəklər. Fins.az-ın “International Business Times” nəşriyyatına istinadən məlumatın görə, çipləri dərinin altına peşəkar tatu ustaları yerləşdirir və onun yeri tezliklə sağalır.
Çipləşdirmə prosesinin təşkilatçısı “BioNyfiken” – yerli “bioxaker” qrupudur. Onların fikrincə, yaxın zamanda belə implantlar adi hala çevriləcək. İnsanlar onların vasitəsilə ödənişlər də həyata keçirə, əlaqə nömrələrini yaddaşda saxlaya, həmçinin smartfonlarla əlaqəli işləyə biləcəklər.
“Epicenter” şirkətinin rəhbərliyi yaxın zamanda bütün əməkdaşlarına korporativ çip yerləşdiriləcəyini bildirib. Onun sözlərinə görə, PİN-kodlar, parollar bəzən insanları bezdirir. Çip üsulu isə həm rahat, həm də əlverişlidir.