Azərbaycanda dərman preparatlarının qiymətləri əvvəlki səviyyəyə qaytarılıb. Fins.az-ın məlumatına görə bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib. Nazirlikdən bildirilib ki, görülmüş tədbirlər nəticəsində dərman preparatlarının satış qiyməti əvvəlki səviyyəyə qaytarılıb. Qeyd edək ki, bu gün "Avromed" və digər firmalar tərəfindən dərman preparatlarının satış qiymətinin 24 faiz bahalaşdırıldığı barədə məlumat yayılmışdı.