01 Noyabr

Kadrlar şöbəsinə getməyə ehtiyac qalmadı – ELEKTRON ARAYIŞ

Azərbaycanda getdikdə daha çox şəxs iş yerindən arayışı elektron qaydada almağa üstünlük verir. Qeyd edək ki, bu halda arayış iş yerindən deyil, “Elektron Hökumət” portalından verilir. Bu halda vətəndaşların işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə, bundan ötrü vaxt və əziyyət sərf etmələrinə ehtiyac qalmır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) fins.az-a verilən məlumata görə, ötən ilin dekabr ayından indiyədək 88,4 min nəfər iş yerindən arayışı elektron qaydada alıb.

Xatırladaq ki, İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər məlumatlar əksini tapır. Arayışda əmək haqqının gösərilməsi vətəndaşların arzusundan asılıdır. Arayışın təqdim olunduğu təşkilatlar isə buradakı məlumatları "E-hökumət" portalı vasitəsilə asanlıqla yoxlaya bilərlər.

Elektron arayış variantı daha əlverişli olduğuna görə, təkcə iyun ayında bu üsulla arayış aanların sayı 13 430 nəfər olub.